TAP və “Nabucco West” layihələri arasında böyük kommersiya fərqi var
Qazın dəyəri və tədarükü baxımından TAP (Trans-Adriatik qaz kəməri) ilə "Nabucco West" layihələri arasında böyük kommersiya fərqi var. Bunu jurnalistlərə bp şirkətinin "Şahdəniz" yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk deyib.
Marşrutun seçiminin aparıldığı dörd il ərzində 10-dan artıq variantın nəzərdən keçirildiyini vurğulayan A.Kuk bildirib ki, qərar 8 meyar əsasında qəbul edilib.
TANAP (Trans-Anadolu qaz boru kəməri) və TAP vasitəsilə layihənin iştirakçısı olan ölkələrə qazı daha tez nəql etmək mümkün olacaq. Həmçinin qazı Avropanın digər ölkələrinə də ixrac etməyə imkan verəcək imkanlar üzərində iş aparılır.
"Şahdəniz-2" layihəsinə 40 milyard dollar həcmində investisiya yatırılacağını vurğulayan A.Kuk əlavə edib ki, bu, çox vacib qərardır və digər yataqların işlənməsi üçün də zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB