“Mərkəzi Asiyanın Qlobal İqtisadiyyatda yeri”

“Mərkəzi Asiyanın Qlobal İqtisadiyyatda yeri”

26 iyun 2013-cü il tarixində SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov Dünya İtisadi Forumu (Davos Forumu) Cənubi Qafqaz və Mərkəzi Asiya üçün ssenarilər" layihəsi çərçivəsində "Mərkəzi Asiyanın Qlobal iqtisadiyyatda yeri" mövzusunda seminarda iştirak etmək üçün Bişkek (Qırğızıstan) şəhərinə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə region üzrə tanınmış ekspertlər və dövlət rəsmiləri ilə yanaşı, biznes dairələrinin və vətəndaş cəmiyyətinin nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, seminarda Qafqaz və Mərkəzi Asiyada regional əməkdaşlığın perspektivləri, regionun dünya siyasəti və iqtisadiyyatındakı yeri, regional əməkdaşlığın qarşısında duran əsas maneələr, regional əməkdaşlığın yeni platformalarının tapılması kimi məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə