"Paytaxtın daşınmaz əmlak bazarındakı qiymət artımı daha çox təkrar mənzillərdə qeydə alınıb". Bunu SİA-ya açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, digər seqmentlərdəki qiymət artımı isə nisbi xarakterlidir: "Yəni yeni mənzil bazarındakı qiymət artımının həcmi 1 faiz həddindədir. Son 6 ayın göstəricilərinə görə, ümumilikdə təkrar mənzil bazarında 25 faizlik qiymət artımı olub. Son bir ilin qiymət artımı indeksini götürəndə 2008-ci ilin may ayında baş verən bahalaşmanı ötüb".
Ramil Osmanlı bundan başqa torpaq bazarındakı vəziyyətlə də bağlı məlumat verib. O qeyd edib ki, ümumiyyətlə torpaq bazarında məhdudlaşma gedir: "Torpaqların mülkiyyətə verilməsi səbəbindən daşınmaz əmlakın bu seqmentinin sayı azalıb. Paytaxtın 1-ci və 2-ci zonalarında tələbin artımı, təklifin məhdudluğu nəticəsində bahalaşma prosesi baş verib. Yalnız bu, mənzil bazarında olduğu kimi, dinamik xarakter daşımır. Daşınmaz əmlakın bu seqmentində aylıq 1-2 faizlik artım baş verir".
Bununla yanaşı, Ramil Osmanlı bildirib ki, hal hazırda tikinti materialları bazarında qiymət artımı müşahidə olunmur: "İdxal olunan tikinti materiallarında cüzi artımlar var. Bundan başqa, qarşıdakı aylarda taxtanın qiymətində bir-iki faizlik bahalaşmanın olacağı proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB