Rusiya Ermənistana qaz nəqlindəki payını artırır. SİA-nın "Qazprom" şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qazprom" Ermənistana qaz nəqlini həyata keçirən "ArmRosQazprom" şirkətindəki payını 80%-dən 100%-dək artırmağı planlaşdırır.
İyunun 17-də Moskvada "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller və Ermənistanın təbii sərvətlər naziri Armen Movsisyan arasında görüş keçirilib. Tərəflər qaz sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən Rusiyanın Ermənistana satdığı qazın qiymətini müzakirə ediblər.
Qeyd edək ki, Ermənistanda qaz hasil olunmadığı üçün ölkənin energetika sistemi yalnız qaz idxalından asılıdır. Ermənistanla sərhədə qədər qaz nəqlini "Qazprom Export" həyata keçirir, sərhəddə isə qazı "ArmRosQazprom" şirkəti təhvil alır. Ötən il "Qazprom" Rusiyaya 1,7 mlrd. kubmetr qaz satıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB