Sosial ipoteka ilə bağlı yeni hazırlanacaq qanun layihəsinə olunan təkliflərə görə, gənc ailələrlə yanaşı digər gənclər də ipotekadan yararlana biləcəklər. SİA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşirsə, gənclər üçün bu yaş həddi 29-dək şamil ediləcək. Nazir müavinin sözlərinə görə, ipoteka alacaq gənclərin və gənc ailələrin kateqoriyalarının artırılması da nəzərdə tutulur və burada məqsəd ondan ibarətdir ki, həm ipotekanın məbləği artırılsın, həm də ipoteka alacaq gənclərin əhatəsi genişlənsin.
İntiqam Babayev bildirib ki, hazırda sosial ipoteka üçün ayrılan vəsait bütün gənc ailələrin mənzil problemini əhatə etmir: "Eyni zamanda, bir gənc üçün ayrılan vəsait azdır. İpoteka kreditinin həcmi 35 min manat idi, sonradan 50 min manata qaldırıldı, indi isə bu məbləğin 70 min manata qaldırılması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB