"Bu il Azərbaycanda daşınan nömrələr layihəsinin icrasına başlanılacaq". SİA-nın verdiyi xəbərə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, ən maraqlı layihələrdən biridir: "Əsas məqsəd mobil abunəçi olan əhalimizin bu xidmətlərdən istifadə edərək çox asanlıqla malik olduğu nömrə əsasında bir operatordan digər operatora keçmək imkanının yaradılmasıdır. Hazırda bizim mövcud operatorlarla gərgin iş aparılır. Operatorlar müvafiq hazırılıqları təmin edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB