Mərkəzi Bankda yeni texnologiyalar tətbiq ediləcək

Mərkəzi Bankda yeni texnologiyalar tətbiq ediləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZİPS) Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və Oracle Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması üzrə tenderin qalibini elan edib. İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, Bank tərəfindən keçirilən tenderin qalibi Colvir Software Solutions Ltd. (İngiltərə) və Azərbaycanın SİNAM şirkətlərinin yaratdığı Konsorsium müəyyən olunub. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı və Konsorsium arasında müqavilələrin imzalanması üzrə hazırlıq işləri aparılır. Colvir Software Solutions Ltd. şirkəti bu layihədə əsas podratçı, SİNAM şirkəti isə subpodratçı kimi iştirak edəcək.

Tenderin şərtlərinə görə, icraçı şirkətlər layihə çərçivəsində Mərkəzi Bankın Əsas İnzibati Binasında (Bakı şəhəri) və Sumqayıt şəhərlərində yerləşən Ehtiyat Mərkəzində nəzərdə tutulmuş yerlərdə avadanlıqlar və Oracle Verilənlər Bazasını İdarəetmə Sistemi proqram təminatı tətbiq edilərək Real Vaxt Rejimində Banklararası Hesablaşmalar və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemləri ilə inteqrasiya ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə