"İran region ölkələri ilə geniş əməkdaşlığa hazırdır"

"İran region ölkələri ilə geniş əməkdaşlığa hazırdır"

"Dünyanın neft və qaz ehtiyatlarının böyük hissəsi Xəzər və Fars körfəzi ətrafında cəmləşib. Eyni zamanda İranın kifayət qədər dəmir yolları, limanları, avtomobil yolları və qaz kəmərləri var. Bu infrastrukturlar bütün Xəzəryanı ölkələr tərəfindən istifadə oluna bilər". SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan İran Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə İdarəsinin baş direktoru Hüseyn İsmayıllı Şahmirzadi bildirib.

Onun sözlərinə görə, İran Xəzər bölgəsində hasil olunan neft və təbii qazın nəqli ilə bağlı region ölkələri ilə geniş əməkdaşlığa hazırdır: "İran enerji sahəsində müstəqilliyə və bərabər hüquq prinsiplərinə əməl etməklə digər ölkələrlə əməkdaşlıqda maraqlıdır. İranın əsas prioritetlərindən biri Mərkəzi Asiya və Qafqaz ölkələri ilə düzgün əlaqələrin qurulmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə