Rövnəq Abdullayev: " "Babək” qaz yatağında işlər proqram üzrə aparılır"
"Azərbaycanda perspektivli qaz yataqları çoxdur. İki ildir, yeni kəşf olunan "Ümid" və "Abşeron" yataqlarında işlər davam etdirilir. Bu iki yatağın ehtiyatları 600 milyard kubmetri ötür". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, gələcəkdə TANAP kəməri ilə nəql olunacaq Azərbaycan qazı Avropaya ötürüləcək: "Babək" qaz yatağında da işlər proqram üzrə aparılır. Biz artıq qazma qurğularının da tikintisinə başladıq. Perspektivli strukturlarda əsas kəşfiyyat işləri aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB