Bu gün Bakıda "Xəzər neft və qaz, neftayırma və neft kimyası" sərgisi işə başlayıb. SİA-nın məlumatına görə, beynəlxalq sərgidə 28 ölkədən 386 şirkət iştirak edir. Tədbirdə Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya sərgidə öz milli qrupları ilə təmsil olunur. Sərgidə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlərdə iştirak edir. Tədbirə qoşulan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil edir.
Qeyd edək ki, sərgi ilə paralel olaraq iyunun 5-də eyni adlı konfrans keçiriləcək. Konfransın əsas mövzuları arasında "Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq" və s. mövzulardır.
Qeyd edək ki, 600 nümayəndə heyətinin qatılacağı konfransda 50-dən çox məruzəçi çıxış edəcək. Bundan başqa iyunun 7-dək "Baku Expo Center"də keçiriləcək sərgi yüksək səviyyəli qonaqların iştirakı gözlənilir. Bunların arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin dövlət katibi Qyunnar Oom, Energetika Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov və digər şəxslər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB