ARDNŞ bir milyard dollar dəyərində saziş imzaladı

ARDNŞ bir milyard dollar dəyərində saziş imzaladı

Bu gün "Caspian Drilling Company" Sinqapurun "Keppel" şirkəti ilə saziş imzalayıb. SİA-nın məlumatına görə, sazişin imzalanmasında məqsəd Xəzər dənizində yeni qazma qurğunun tikintisidir. Qeyd edək ki, "Caspian Drilling Company"-nin iştirak payının 92,44 faizi ARDNŞ-ə məxsusdur.

ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalanma mərasimində bildirib ki, vergilərlə birlikdə yeni üzən qurğunun dəyəri 1 milyard dollar olacaq. Qeyd edək ki. bu qurğu ARDNŞ-in layihələrində istifadə ediləcək.

Bundan başqa, Azərbaycanın "Abşeron" yarımadasında işlərə cəlb edilə biləcək daha bir üzən qurğunun tikintisi üçün danışıqlar aparılır.

Gələcəkdə daha iki qazma qurğusu da inşa edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə