Dünya bazarlarında neftin qiyməti artıb. SİA-nın "Bloomberq"ə istinadən verdiyi məlumata görə, Nyu Yorkun NYMEX birjasında WTI markalı ABŞ yüngül nefti 1.48 dollar bahalaşıb. Hazırda bu markadan olan "qara qızıl"ın bir bareli 93.45 dollar təşkil edir.
London İCE birjasında da "qara qızıl"ın qiyməti bahalaşıb. Belə ki, "Brent" markalı neftin iyul fyuçerslərinin bir bareli 1.84 dollar artıb. Hazırda bu markadan olan neftin bir bareli 102.23 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB