Avropada iqtisadi böhran getdikcə dərinləşir. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, aprel ayında işsizlərin sayı 95 min nəfər artaraq 19,38 milyon olub. Ekspertlərin fikrincə, 1995-ci ildən etibarən bu ən yüksək rəqəmdir. Avropanın böyük ölkələrindən biri hesab olunan Fransada işsizlər ordusunun sayı 3,26 milyon nəfərə çatıb. Avropa Komissiyası işsizlik probleminin qarşısını almaq üçün qitə ölkələrinin əmək bazarında ciddi yenidənqurma işlərinin aparılmasını istəyib.
Qeyd edək ki, bu ay Belçikada bir araya gələcək Avropa ölkələri liderləri qitənin işsizlik probleminin həlli istiqamətində müzakirələr aparacaqlar. Avropa Komissiyasının məlumatına görə, bölgədə işsizlikdən daha çox gənclər əziyyət çəkir. Rəsmi statistikaya görə, 25 yaşına qədər olan gənclərin 5,6 milyon nəfəri işsizdir.
Qeyd edək ki, Yunanıstanda gənclərin 62,5, İspaniyada isə 56,4 faizi işsizdir. İtaliya və Portuqaliyanın əmək bazarında da vəziyyət acınacaqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB