Neft ucuzlaşıb

Mayın 31-də dünya bazarlarında keçirilən hərraclarda neftin qiyməti düşüb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, London İCE birjasında "Brent" markalı "qara qızıl"ın bir bareli 1.80 dollar ucuzlaşıb. Hazırda bu neftin qiyməti 100.39 dollar təşkil edir. Nyu-Yorkun NYMEX birjasında da yüngül neft sayılan WTI markasının qiyməti düşüb. Belə ki, WTI neftinin bir bareli 1.64 dollar ucuzlaşaraq 91.97 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə