Ötən gün dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlər üzrə dəyişib. SİA-nın "Bloomberq"ə istinadla verdiyi məlumata görə, buna ABŞ-ın Energetika Nazirliyinin ölkədə xammal ehtiyatının həcminin 1978-ci ilin mayından etibarən maksimal həddə çatması ilə bağlı xəbərləri açıqlaması səbəb olub.
Belə ki, London İCE birjasında "Brent" markalı neftin bir barelinin iyul fyuçerslərinin qiyməti 0.24 dollar aşağı düşərək 102.19 dollar olub.
Nyu-York NYMEX birjasında isə WTI yüngül neft markasının bir barelinin iyul fyuçerslərinin qiyməti isə 0.48 dollar artaraq 93.61 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB