Qazprom Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır

Qazprom Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır

Qazprom Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır. SİA RBK-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller məlumat verib.

Onun sözlərinə görə, son onillikdə dünya ölkələri sıxılmış qazın istehsalını və istifadəsini artırıb. 2001-ci ildən başlayaraq, dünya bazarında sıxılmış qaza olan tələbat 70 faiz artıb.

2013-cü ildə azalmalar müşahidə olunsa da, orta və uzunmüddətli perspektivdə tələbat artacaq: "Sıxılmış qaz mavi yanacağın nəqlinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə ciddi təsir göstərir. Bu səbəbdən də Qazprom Avropa bazarına sıxılmış qaz çıxarmağa hazırlaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə