Azərbaycan təbii qazının Avropaya nəqli üçün boru kəməri marşrutunun seçilməsi həll olunma mərhələsindədir və məsələ ilə bağlı son qərarın gələn ay veriləcəyi gözlənilir. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Rövnəq Abdullayev
Fransa Milli Assembleyasında Azərbaycan-Fransa dostluq qrupunun vitse-prezidenti Jan-Luk Reitzer ilə görüşündə deyib. ARDNŞ-nin prezidenti həmçinin əlavə edib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan mühüm yer tutur. O "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini önə çəkib. Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycan və Türkiyənin ortaq layihəsi olan Trans-Anadolu qaz boru kəməri layihəsinin beynəlxalq dəstək qazanıb. Rövnəq Abdullayev eyni zamanda, Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi və "Şahdəniz-2" layihələrinə hazırlıq işlərinin tamamlanmaq üzrə olduğunu da qonaqların diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB