Avrozonadakı iqtisadi böhrandan zərərçəkən Almaniyada işsizlik faizi may ayı üçün 4 dəfə artıb. SİA-nın Euronews-a istinadən verdiyi məlumata görə, işsiz əhalinin sayı 21 min nəfər artaraq 2,96 milyona çatıb. İqtisadçı ekspertlərin fikrincə, əhali arasındakı işsizlik bundan sonra da artacaq. Ekspertlər qeyd edib ki, işsizliyin böyük faizi mövsümü xarakterli işlərdə müşahidə olunub. Onlar bunu may ayında rəsmi tətil günlərinin çox olması və hava şəraitinin normal keçməməsi ilə əlaqələndiriblər.
Qeyd edək ki, hava şəraitinin pis olması Almaniyada ərzaq qiymətinin və inflyasiyanın artmasına da təsir göstərib. Aprel ayında 1,2 faiz olan inflyasiya may ayında 1,5 faiz həddinə çatıb. Ölkənin ÜDM isə 0,7 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB