"AtaSığorta" ASC-nin rəhbərliyi 23-24 may tarixlərində Almaniyanın Münhen şəhərində keçirilmiş "Sığortada əməliyyat mükəmməlliyi" adlı beynəlxalq konfransda iştirak edib. Tədbirdə şirkəti İdarə Heyətinin sədr müavini Orxan Məmmədov təmsil edib. "Ata Holdinq"dən SİA-ya verilən məlumata görə, AVIVA, Zurich Insurance, AXA, ACE, XL Insurance və digər qlobal sığorta şirkətlərinin iştirak etdiyi tədbirə 21 ölkədən sığorta sahəsində çalışan 60-dan çox nüfuzlu şəxslər qatılıb. İki gün davam edən konfransda məruzəçilər sığorta sahəsində aktual olan problemlər və inkişaf perspektivləri, yeni texnologiyaların tətbiqi, sığorta əməliyyatların mükəmməlliyini təmin etmək üçün yeni istiqamətlər haqqında çıxışlar ediblər. Bununla yanaşı tədbir iştirakçıları müştəri məlumatlarının idarə edilməsində effektivliyin artırılması və digər məsələlərlə bağlı öz bilik və təcrübələrini paylaşıblar.
"AtaHoldinq" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB