Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina arasında imzalanmış memorandum TAP layihəsinin reallaşdırılması ilə yanaşı həmin boru kəmərinin Avropa bazarında genişlənməsində xidmət edəcək. Bunu SİA-ya eksklüziv açıqlamasında iqtisadçı ekspert İlham Şaban dedi. Ekspertin fikrincə, bu, böyük təsir gücünə malikdir: "Çünki əvvəllər belə bir fikir formalaşırdı ki, Azərbaycan qazı Yunanıstandan keçəndən sonra Albaniya və İtaliyaya çatdırılacaq. Albaniya isə çox kiçik bir bazardır orda heç yarım milyard kubmetrlik bazar yoxdur. Bu memorandum inanmağa əsas verir ki, böyük bir investisiya hesabına Azərbaycan qazı İtaliyanın şimalından böyük Avropa bazarlarına çıxarılacaq. Bundan başqa memorandum boru kəmərinin perspektivlərini artırır yəni Azərbaycan qazı vasitəsilə balkan ölkələrində yeni infrastruktur qurulacaq. Balkan ölkələrinin TAP layihəsinə maraq göstərməsinə gəlincə isə, region ölkələri Rusiyadan asılılıqlarını azaltmağa çalışır. Ümumiyyətlə, balkan ölkələrinin qaz bazarı ənənəvi olaraq Rusiyadan asılıdır".
Qeyd edək ki, son proseslər də göstərir ki, balkan ölkələrinin Azərbaycana marağı artıb. Ölkəmizin son bir ildə balkan ölkələrində nüfuzu güclənib, regionda iqtisadi əlaqələri genişlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB