Aydın Hüseynov: “Azərbaycan manatı dollar qarşısında böyük dəyər qazanıb” AÇIQLAMA

Aydın Hüseynov: “Azərbaycan manatı dollar qarşısında böyük dəyər qazanıb” AÇIQLAMA

Son 5 il ərzində Azərbaycanın milli valyutası stabilliyini saxlamaqla yanaşı ABŞ dollarına qarşıda dəyər qazanıb. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Aydın Hüseynov deyib. İqtisadçı ekspert Azərbaycan manatının bu cür dəyər qazanmasını ölkəmizin strateji əmtəəyə malik olması ilə əlaqələndirdi: "Azərbaycanın dünya bazarına çıxarılacaq əmtəəsi olduğu üçün valyutamızın dəyəri digərlərinə nisbətən daha yüksək olur. Ölkədə pul, kredit, maliyyə sisteminin düzgün qurulması milli valyutanı möhkəm saxlayan amillərdən biridir. Bu gün Azərbaycanda pul kredit sistemi mükəmməl şəkildə həyata keçirilir. Eyni zamanda qanunvericilik bazası dünya standartlarına görə uyğunlaşdırılır. Bu cür tədbirlər ardıcıl şəkildə həyata keçirilir".

Aydın Hüseynov həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatının artması Azərbaycan manatının dəyərini qoruyub saxlayan amillərdəndir: "Ümumilikdə götürəndə ölkənin valyutası onun iqtisadiyyatını əks etdirən önəmli vasitədir. Yəni iqtisadiyyat düzgün şəkildə proqnozlaşdırılır və qarşıya çıxacaq risklər əvvəlcədən ölçülür. Bunun sayəsində milli valyutanın stabil saxlanması ölkənin iqtisadi siyasətinin düzgün qurulmasından asılıdır. Ölkə iqtisadiyyatının müstəqil olması milli valyutamızı stabil saxlayan amillərdən biridir. Ölkə iqtisadiyyatı hər hansı dairəyə və dövlətə asılı iqtisadiyyat deyil. İqtisadiyyatımız kənarda hansısa faktordana asılı olsaydı, o zaman Avropada baş verən iqtisadi böhran bizim ölkəmizə də təsir edərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə