“Nabucco” Komitəsinin 5-ci toplantısı keçirilib

“Nabucco” Komitəsinin 5-ci toplantısı keçirilib

Bu gün Buxarestdə "Nabucco" Komitəsinin 5-ci toplantısı keçirilib. SİA-nın məlumatına görə, "Nabucco" konsorsiumunun yaydığı məlumatda Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə hökumətləri nümayəndələrinin iştirakı ilə keçirilmiş toplantı çərçivəsində qəbul edilmiş birgə bəyanatda boru kəmərinin Qərbi Balkan və Vışeqrad qrupu (Polşa, Slovakiya, Çexiya və Bolqarıstan) ölkələrinin enerji bazarlarını qaz həcmləri ilə təchiz etmək potensialı xüsusilə vurğulanıb. Komitənin iclasına Rumıniya hökuməti rəhbərlik edib. Bundan başqa layihəyə üzv ölkə hökumətləri bəyan ediblər ki, onlar "Nabucco" boru kəməri çərçivəsində Avropanın Cənubi və Mərkəzi-Şimali bölgələrini də qaz həcmləri ilə təchiz etmək üçün tələb olunan boru kəməri birləşmələrinin müəyyənləşdirilməsində iştirak etməyə hazırdırlar. "NABUCCO Gas Pipeline International GmbH" şirkətinin maliyyə məsələləri üzrə direktoru Frank Sibert bildirib ki, hər hansı layihəyə nağd maliyyə vəsaitlərinin axını məsələsinə gəldikdə, investorlara əvvəlcədən proqnozlaşdırmanın mümkünlüyü və sabitliyik tələb olunur."NABUCCO Gas Pipeline International GmbH" şirkətinin icraçı direktoru Reynhard Mitçek isə bildirib ki, "Nabucco" Komitəsinin Budapeşt şəhərində keçirilən toplantısından sonra bir neçə əsas mərhələyə nail olunub. Belə ki, Bolqarıstan "Nabucco" layihəsinin tikintisi üçün ekoloji icazəni təqdim edən ikinci ölkə olub. Həmçinin, milli tənzimləyici orqanlar "Şahdəniz" yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğun olaraq üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Aİ qanunvericiliyi çərçivəsində "Nabucco" boru kəməri layihəsinin imtiyaz müddətinin uzadılmasını təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə