"2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlanıb”

"2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlanıb”

"Bu ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilə qədər aqrar sektorun inkişafı ilə bağlı strategiya hazırlayıb". SİA-nın məlumatına görə, bu fikirləri sabah Bakıda keçiriləcək "WorldFood Azərbaijan" sərgisinə həsr olunan mətbuat konfransında çıxışı zamanı Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O bildirib ki, bunun fonunda bu sahə üzrə sərgi və yarmarkalara olan tələbatı lazımınca qiymətləndirməmək qeyri- mümkündür: "Belə ki, onlar sərmayələr üzrə həll variantlarının qəbul olunmasında əsas informasiya mənbəyi hesab olunur. Yalnız sərgilər zamanı peşəkarlar qısa müddət ərzində sahənin nailiyyətlərinin daha geniş çeşidi ilə tanış olmaq, yenilikləri şəxsən sınaqdan keçirmək və mütəxəssislərin məsləhətlərini dinləmək imkanı qazanırlar. Sərgilərin keçirilməsi dünya ərzaq bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabətə davamlılığının təmin olunmasına bir çox baxımdan şərait yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə