Bu gün Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunda mühüm əhəmiyyətə malik iki yeni qurğu, susoyutma kompleksi və azot - oksigen qurğusu istifadəyə verilib. SİA-nın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər icra başçısı Eldar Əzizov, ARDNŞ-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və şirkət rəhbərlərinin nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, 1988-ci ildən istismarda olan müasir tələblərə cavab verməyən müvafiq qurğunun əvəzində, yeni inşa edilmiş susoyutma kompleksinin ümumi sahəsi 1600 m2 təşkil edir.
ARDNŞ-ın "Neftqaztikinti" Tresti tərəfindən inşa edilən yeni susoyutma kompleksi 6 bölmədən - ventilyasiya, suvarma, suyun filtrlə təmizlənməsi, ingibitor bölmələrindən, nasosxana və tutumu 3000 ton olan susoyutma hovuzundan ibarətdir.
İstehsalat birliyində aparılan yenidənqurma tədbirlərinə razılığını bildirən Rövnəq Abdullayev, yeni istehsalat obyektlərinin istifadəyə verilməsini "Azərikimya" İB-də davam etdirilən işlərin yeni mərhələsi kimi qiymətləndirib. O, bu qurğuların Birliyin fəaliyyətində və kimyaçıların iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını deyib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB