Dünya bazarlarında neftdən sonra qızılın da qiymətində dəyişiklik baş verir. Yalnız neftdən fərqli olaraq, qızılın qiyməti ucuzlaşır. SİA-nın Blomberqə istinadən verdiyi məlumata görə, əlvan metalın qiyməti 5,9 faiz ucuzlaşıb. Bu gün dünya bazarlarında qızılın 1 unsiyası 1387 dollar həddindədir. Qızılın ucuzlaşması Avropada baş verən iqtisadi böhranla əlaqələndirilir. Bununla yanaşı dünya ölkələri mərkəzi banklarının qızıl alışını azaltması da qiymətə təsir göstərib. Ekspertlərin açıqlamalarına görə, dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Qərb ölkələrindən fərqli olaraq Asiyada qızıla maraq azalmayıb. Çin və Hindistanda qızıl külçələrə və sikkələrə tələbatın artması müşahidə olunur. Amma bu tələbatın artımı bazardakı təklifi üstələmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB