2013-cü ilin dörd ayı ərzində 17.2 milyard manatlıq əlavə dəyər istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.8 faiz artım olub. Ümumi daxili məhsulun 62.8 faizi məhsul istehsalı, 30.5 faizi xidmət sahələrində yaradılıb. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 10.9 faiz artıb. Neft-qaz sektorunda isə 2.3 faiz azalıb. Komitədən bildiriblər ki, neft-qaz sektorunda məhsul istehsalı ötən ilin müvafiq dövrünün səviyyəsində olsa idi ümumi daxili məhsul istehsalı 5.1 faiz artmış olardı.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1861.9 manata və ya 2372.8 ABŞ dollarına çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB