Qlobal maliyyə böhranından sonra qərb ölkələrinin diqqəti islam bankçılığı modelinə yönəldi. Hətta Roma Papası çıxışında bildirmişdi ki, iqtisadi təhlükədən və böhrandan sığortalanmaq üçün qərbin faiz bankçılığından azad olmaq vaxtıdır. 2008-ci ildəki böhran bunu deməyə əsas verirdi. Bankların kifayət qədər böyük kreditlər verməsi və faiz borclarının yığılması əksər bankların fəaliyyətini dayandırmasına yol açımışdı. Hətta qlobal maliyyə böhranı ABŞ-ın 1,7 trilyon dollarlıq vəsaitinin geri alınmasına imkan vermədi. Bu da islam bankçılığının dünya gündəminə gətirilməsinə yol açdı. Bəs İslam bankçılığının üstünlüyü nədən ibarətdir. İslam bankçılığında banka əmanət, depozit yerləşdirən şəxs həmin maliyyə qurumunun idarəsində iştirak edir. Yəni banka yerləşdirilən depozit hesabı hansısa layihəyə cəlb olunur. Daha sonra burdan əldə olunan gəlir əmanət sahibi ilə bank arasında bölünür. Bundan başqa islam bankı depozit qoyulan zaman konkret faiz müəyyənləşdirmir, bankın rüblük mənfəət normasından asılı olaraq depozitor bankdan gəlir alır. Əgər bankdan kredit götürmək istənilirsə, komissyon xərci 3-5 faiz ödəməklə götürülür. Kredit götürən zaman banka biznes plan təqdim edilməlidir. Bank biznes planı dəyərləndirdikdən sonra müştəriyə kredit verir. Təbii ki, kredit verilərkən heç bir faiz tətbiq olunmur.
İqtisadçı ekpert Vüqar Bayramlı SİA-ya açıqlamasında qeyd edib ki, bu günün statistikasına baxdıqda Azərbaycanda daha çox qərb bankçılığından istifadə olunur: "2012-ci ildən etibarən Azərbaycanda da islam bankçılığının tətbiqinə başlanılıb. Ölkədəki banklardan biri islam bankçılığı prinsipi ilə fəaliyyət göstərəcəyinə dair qərar qəbul etdi. İlkin mərhələdə islam bankçılığı prinsipləri əsasında 5 min manatın bölünməsi nəzərdə tutulub. Azərbaycan bankları islam bankçılığını Gürcüstan, Rusiya banklarında tətbiq etmək fikirindədir. 2013-cü ildə Gürcüstan və Rusiyada 2 milyon dollarlıq dövriyyə portfelinə malik islam bankçılığı tətbiq olunacaq. Azərbaycanda umumillikdə islam bankçılığına keçirilməsi üçün müəyyən zaman lazımdır. Çünki qərb bankçılığı ölkəmizdə güclü inkişaf edib".
Vüqar Bayramov həmçinin əlavə edib ki, islam bankçılığının tətbiq edilməsi kommersiya banklarından asılılığı aradan qaldırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB