Hökumətin yaxın vaxtlarda sadələşdirməyə hazırlaşdığı ipoteka kreditləşməsinə dair bir sıra gənclər təşkilatlarının tövsiyələrini öyrəndik. SİA-ya açıqlama verən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov bildirib ki, ölkə prezidenti də dəfələrlə tapşırıb ki, ipoteka krediti sadələşdirildirilsin. Gənclərin mənzil probleminin həll olunması üçün kredit faizi minimum həddə müəyyənləşdirilsin. Çünki gənclərin böyük əksəriyyətinin maddi gəliri həmin kreditindən istifadə etməyə imkan vermir.
A.Əsgərov bundan başqa ipoteka kreditləşməsi prosesini regionlarda da sürətləndirilməsinin zəruri olduğunu deyib. Onun sözlərinə görə, bu gün region gənclərinin böyük əksəriyyəti paytaxtda üz tutur, nəticədə isə regionlar boşalır: "İpoteka kreditləşməsinin regionlarda geniş tətbiqi burada yeni iş yerlərinin açılmasınada şərait yarada bilər".
A.Əsgərovun fikirincə buna ilk olaraq Sumqayıt, Gəncə, Lənkran kimi şəhərlərdə start verilməlidir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da ipoteka kreditləşməsi prosesinin regionlarda aparılmasının tərəfdarı olduğunu deiib. O da ilk olaraq işə regionun böyük şəhərlərindən başlamağın zəruri olduğunu deyib. Bundan başqa Şahin İsmayılov qeyd edib ki: "Bu gün həqiqətən ipoteka krediti aktualdır, xüsusən də ailə qurmaq istəyən gənclər arasında. Bu məsələdə şərtlər nə qədər yüngül olarsa, gənclər üçün bir o qədər rahat olar. Məncə, burda əmək haqqının nəzərə alınması xüsusən vacibdir".
Təşkilat rəhbəri həmçinin əlavə edib ki, ipoteka kreditlərin verilməsi zamanı yüksək limitlər qoyulmamalıdır. Bundan başqa ilkin sənəd kimi kupça istənilir, bu, müqavilə ilə əvəz olunsa daha yaxşı olar. Şahin İsmayılovun sözlərinə görə, faiz dərəcələri də aşağı salınmalıdır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, ipoteka kreditləşməsi mexanizminin sadələşdirilməsi ilə bağlı strategiya yaxın vaxtlarda hökumətə təqdim olunacaq. Strategiyanın başlıca istiqamətləri ipotekanın genişləndirilməsi, əhali üçün daha da münasib olması, sosial ipoteka ilə bağlı şərtlərə yenidən baxılması, ipotekanın mövcud bazar şəraitinə uyğunlaşdırılması, tikinti-əmanət banklarının yaradılması, əhalinin ona çıxış imkanlarının genişləndirilməsi və s. məsələlərdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB