Azərbaycan qazı Avropaya necə çatdırılacaq?

Azərbaycan qazı Avropaya necə çatdırılacaq?

Bu gün Azərbaycan qazının Avropaya çıxarılması üçün boru kəmərləri konsersumları arasında ciddi yarış gedir. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, yarışın məqsədi ondan ibarətdir ki, "Şahdəniz" layihəsi iştirakçıları öz qərarlarını iyunda verərkən mavi yanacağın nəqlində iştirak etsinlər. İlham Şaban bildirdi ki, bu ilin 3-cü və 4-cü rübündə "Nabukko" daha ciddi və aktiv addımlar atıb. "Nabukko" ilin əvvəlindən hökumətlərarası müqavilələr imzalayıb, ekoloji baxımdan müxtəlif ölkələrdə mühüm işlər həyata keçirib. Bir sıra nüfuzlu banklarla maliyyə əməkdaşlığını qurub.

Bundan başqa layihə çərçivəsində qaz treyderləri tərəfindən qaz həcmlərinin ehtiyat üçün saxlanılmasını nəzərdə tutan "open season" prosesinə başlanılıb.

Ilham Şaban qeyd etdi ki, "Open Season" layihəsinin həyata keçirilməsinin "Nabukko"-nun reallaşmasına prinsipcə ciddi təsiri yoxdur.

Ümumiyyətlə, "Nabukko layihəsi ilə bağlı aprel ayının birindən sonra atılan hər hansı addımın mühüm əhəmiyyəti yoxdur. Ancaq aparılan müşahidələr deməyə əsas verir ki, "Nabukko" layihəsinə rəqib olan "TAP"(Trans Adratik layihəsi) ciddi tədbirlər həyata keçirməyib. "Nabukko" Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində yol xəritəsi müəyyənləşdirib. "TAP"-dan fərqli olaraq "Nabukko" Avropanın meqa layihəsi kimi özünü tam təsdiq edib.

İlham Şaban qeyd etdi ki, Azərbaycan hökuməti qazın hansı boru kəməri konsersumu ilə nəqlində maraqlı deyil. Rəsmi Bakı yalnız Azərbaycan qazının təhlükəsiz çatdırılmasında maraqlıdr. Ekspertin sözlərinə görə, mavi yanacağın bir qismi TANAP layihəsi vasitəsi ilə xaricə çıxarılacaq: "Azərbaycanın qaz ehtiyatlarına gəldikdə isə, Avropa bazarında iştirak etmək üçün kifayət qədər resurslara malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə