Suriyada davam edən hərbi siyasi münaqişə dünya neft bazrına mənfi təsir göstərib. SİA-nın "RİA-Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün dünya bazarlarında neftin qiyməti qalxıb. Belə ki, yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda dünya bazarında "qara qızıl"ın qiyməti bahalaşıb. Qeyd edək ki, ötən həftənin şənbə günündən bazar gününə keçən gecə İsrail Suriya ərazisinə iki aviazərbə endirib. Birjalarda aparılan ticarət nəticəsində "Brent" markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 2.61 dollar qalxaraq 105.46 dollar olub.Yüngül neft markası WTI-ın bir barelinin iyun fyuçerslərinin qiyməti isə 0.55 dollar artaraq 96.16 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB