Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 1,7 mlrd barel neft nəql edilib
"Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə bu günədək 1,7 miyard. barel neft nəql edilib və bu neft Ceyhan limanından 2 140 tankerlə dünya bazarlarına aparılıb". SİA-nın verdiyi məlumata görə, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell bildirib. BP rəsmisi həmçinin bəyan edib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan "Əsrin Müqaviləsi" çərçivəsində bu günədək təxminən 2,2 mlrd. barel neft hasil edilib. BP-nin rəsmi saytında qeyd olunub ki, "Şahdəniz" layihəsinin fəaliyyəti ərzində indiyədək gündəlik hasilat 966 mln. standart kub fut qaz və 55 min barel kondensat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB