Hazırda turizm sahəsi ölkəmizdə dinamik inkişaf edir. Eyni zamanda hər il bu sahənin dövriyyəsi artır. SİA-nın məlumatına görə, bunu "Ata Travel" MMC-nin baş direktor müavini Ərtoğrul Qafarov deyib. O, həmçinin əlavə edib ki, hökumət tərəfindən turizm üzrə xüsusi dövlət proqramı qəbul edilib və ölkədə Turizm ili keçirilib.
Qeyd edək ki, "Ata Travel" MMC-nin dəvəti ilə 30 qədər Rusiya turizm şirkətinin nüməyəndələri mayın 3-dən 8-ə kimi Bakı-Qəbələ-Naftalan-Gəncə marşrutu üzrə info-turda iştirak edirlər. Ölkədə təşkil olunmuş belə miqyaslı info-tur bilavasitə Rusiya turizm biznesinin Azərbaycana cəlb olunmasına yönəlib. İnfo-turda iştirak edən mütəxəsislər qeyd etdi ki, Azərbaycanda böyük turizm potensialına malikdir. "Travel Film" şirkətinin nümayəndəsi Andrey Voytoviç isə bildirib ki, keçirilmiş info-tur tərəfdaş turizm şirkətinin potensialını və bütün üstünlüklərini, ölkənin gəzməli yerlərini və kurortları ilə yerində tanış olmaq üçün gözəl imkandır. Onun sözlərinə görə, bu gələcəkdə turizm şirkətlərinə daha geniş şəkildə fəaliyyətinə imkan yaradacaq.
"Rusiyanın qaynar turlar" şirkətinin nüməyəndəsi Əli Qəniyev isə qeyd etdi ki, "İnfo-turun"iştikaçıları Azərbaycanın turizm sahəsindəki müsbət dəyişikliklərdən və turbiznesdə özəl sektorun fəallığından xoş təəssüratlar əldə ediblər.
"Mars Travel Rusiya" şirkətinin direktoru Azər Məmmədov bildirdi ki, müasir turistlər daha tələbkar olublar. Onlar hara səfər edəcəklərini kim tərəfindən qarşılanacağını və bunun neçəyə başa gələcəyini dəqiq bilmək istəyirlər. Ancaq şəraitlə bilavastə yerlərdə tanış olmayan bəzi turizm firmaları öz müştərilərinə zəmanətli xidmət göstərə bilmirlər. Bu mənada info-turun təşkili turoperatorlara böyük köməkdir.
İnfo-turu təşkil edən "AtaTravel" MMC 2011-ci ildən "AtaHoldinq" Şirkətlər qrupunun daxilində fəaliyyət göstərir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş,sığorta viza ilə əlaqədar xidmətlərlə təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB