Ötən il son aylarının statistikasına görə, "Azərenerji" SC-nin aktivləri 5,33 milyard manatı ötüb. "Azərenerji" SC-nin açıqladığı rəsmi statistikada qeyd olunur ki, 2012-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 6,8 faiz artaraq 4,9 milyard manat, qısamüddətli aktivləri isə 7,2 faiz artaraq 442,48 milyon manata çatıb. Bundan başqa nizamnamə kapitalı il ərzində 12,8 faiz artaraq 1,76 milyard manat olub. Ötən ilin yekunları üzrə enerji operatorunun uzunmüddətli öhdəlikləri 1,93 milyard manat olub. 2011-ci il statistikası ilə müqayisədə bu rəqəm 1,82 milyard manat təşkil edib. Bununla yanaşı SC-nin qısamüddətli öhdəlikləri 1,1 faiz azalaraq 1,39 milyard manat təşkil edib.
2012-ci ilin yekunları üzrə ASC-nin gəlirləri 749,9 milyon manat olub. 2011-ci ildə isə bu göstərici 672,47 milyon manat təşkil edib.
Qeyd edək ki, bu artım, əsasən, elektrik enerjisinin satışından əldə olunan gəlirlərin artması hesabına təmin edilib. Satışdan əldə edilən gəlirlər 716,32 milyon manat səviyyəsində olub.
Ötən ilin yekunları üzrə "Azərenerjinin" ümumi mənfəəti 17,6 faiz azalaraq 158,55 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB