Neft ucuzlaşır

Mayın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,43 dollar və ya 2,6% azalaraq 1 barelə görə 91,03 dollar olub. SİA-nın xəbərinə görə, mayın 1-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,42 dollar və ya 2,4% azalaraq 99,95 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə