2016-cı ilədək metro stansiyalarının sayı 31-ə çatdırılacaq

2016-cı ilədək metro stansiyalarının sayı 31-ə çatdırılacaq

2016-cı ilə qədər Bakıda 8 yeni metrostansiyanın istismara veriləcəyi planlaşdırılır. SİA-nın məlumatına görə, bu barədə xəbər Bakı Metropoliteninin rəsi Tağı Əhmədova istinadən metropolitenin rəsmi saytında dərc olunub.

Əhmədovun sözlərinə görə, 2014-cü ildə Bakı metrosunda yeni, sayca üçüncü xətdə iki stansiyanın istifadəyə verilməsi planlaşdırılır. 2016-ci ilə qədər olan dövr ərzində bu xətdə daha 3 yeni stansiya istismara veriləcək.

"Yaşıl xətdə isə, ən azı, 3 stansiya istifadəyə veriləcək", - Bakı Metropoliteninin rəhbəri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə