Avropa İttifaqının ipoteka kreditləşməsi üzrə ümumi qaydalarından ibarət birinci blokun işlənib hazırlanması aprelin 22-də başa çatır. Bu qaydalar daşınmaz əmlak bazarında boşluğun - avrozonada böhranı gücləndirmiş boşluğun təkrarlanmasından qaçmağa imkan verəcək.
Banklar potensial müştərilərin ödəniş qabiliyyətini və onların ipoteka kreditlərini ödəmə qabiliyyətini qanunvericilik yolu ilə yoxlamalı olacaqlar. Avropada ipoteka bazarının ümumi həcmi 6,5 trilyon avro təşkil edəcək. Aİ-də İrlandiya sədrliyinin mətbuat katibi deyib: "Biz istehlakçıların və ipoteka saxlayanların müdafiəsi üçün yeni mühüm qaydalar barədə Avropa parlamenti ilə danışıqları bazar ertəsi başa çatdırmaq niyyətindəyik".
Qaydalar razılaşdırılarsa, 2015-ci ilin ortalarından qüvvəyə minəcəkdir. Qaydalar banklara və digər kreditorlara onların agentlərinin bəyənilmiş ipoteka kreditlərinin sayından asılı olaraq haqq alması praktikasını qadağan edir. Belə məsuliyyətsiz kreditləşmə ABŞ-da əmlak bazarında boşluğun əmələ gəlməsinə səbəb olub ki, bu da faktiki olaraq dünyada yeni maliyyə böhranına gətirib çıxarıb.
İrlandiyada və İspaniyada daşınmaz əmlak sahəsində buna bənzər boşluqlar yaranıb. Bu ölkələrdə ümidsiz borcların həcmi yüz milyardlarla avrodur. Həmin dövlətlərin hökumətləri öz banklarını dəstəklədikdən sonra onlar əlavə xarici yardım üçün müraciət etməyə məcbur olublar. Bundan başqa, qaydalar istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. İndi banklar ödənişləri vaxtında həyata keçirə bilməyən borcalanın daşınmaz əmlakını daha çətinliklə əldə edəcəklər. İpoteka agentlərindən isə bütün valyuta bloku üzrə standart formada müəyyən informasiyalı hesabatlar tələb olunacaq.
Tənzimləyicilərin fikrincə, müxtəlif ölkələrdə banklar arasında böyük rəqabət borcalanlar üçün daha yaxşı şərtlərə gətirib çıxaracaq və avrozona iqtisadiyyatının sağlamlaşmasına kömək göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB