Yüksək Texnologiyalar Parkına direktor təyin edildi

Yüksək Texnologiyalar Parkına direktor təyin edildi

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri Seymur Ağayev Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, yaxın vaxtlarda Yüksək Texnologiyalar Parkının kadr heyətinin formalaşdırılması üzrə işlərə start veriləcək.

Hazırda Yüksək Texnologiyalar Parkının tikinitisinə ayrılacaq torpaq sahəsi ilə bağlı məsələlərin həlli üzrə işlər aparılır. Plana əsasən, parkın tikintisi cari ili sonunadək başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə