Bu gün Bakıda Ümumdünya Turizm Təşkilatının (ÜTT) üçüncü BMÜTT İpək Yolu İşçi Qrupunun toplantısı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ÜTT-nin icraçı direktoru Zolman Şomoqi deyib ki, Azərbaycan üçün turizm sahəsi cox prioritet istiqamətdir və bu sahənin inkişafı üçün əməkdaşlığımız davam edəcək.
Onun sözlərinə görə, ötən il Azərbaycana 2 milyondan çox turistin gəlməsi, bunun ölkəmiz üçün nə qədər vacib olduğunu sübut edir. ÜTT-nin dəstəyi ilə Azərbaycanda bir cox tədbirlər həyata keçirdiklərini deyən Şomoqi, Avropa Olimpiya Oyunlarının Azərbaycana keçirilməsinin də çox mühüm hadisə olduğunu söyləyib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, bu tədbir İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilir.
Nazir İpək Yolu üzərində yerləşən ölkələrin tarixin müxtəlif dönəmlərində qurub-yaşatdıqları iqtisadi, mədəni əlaqələrdən danışaraq bildirib ki, bu ənənənin yenidən davam etdirilməsi mədəni dəyərlərin öyrənilməsi və xalqlar arasında dostluq, həmrəylik əlaqələrinin inkişafı baxımından olduqca dəyərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB