3 ay kəskin ucuzlaşma olacaq

"Mart ayının yekun nəticələrinə görə, kənd təsərrüfatı məhsullarının qiymətlərində artım var. Bir sıra aqrar məhsulların qiymətindəki artım təbii faktorlarla bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. İqtisadçı-ekspertin sözlərinə görə, mart ayı qış sezonun başa çatması və yeni sezonun başlanğıcı olduğu üçün bu ayda bazara çıxarılan məhsulların həcmində müəyyən qıtlıq yaşanır: "Təbbi ki məhsulların həcmində müşahidə edilən qıtlıq bazarda bu məhsulların istehlakçıya baha qiymətə təklif olunamasına yol açır. Azərbaycan taxıl məhsullarına olan təlabatın təxminən 85%-ni 2,7 milyon tonluq daxili istehsal hesabına ödəyir. Bununla belə taxıl məhsullarının qiymətində də müəyyən artımlar müşahidə edilir. Lakin dünya bazarında taxıl məhsullarının qiymətində müəyyən artımlar var. Belə ki, 2012-ci ildə Rusiya və Qazağıstanda taxıl məhsullarının həcminin aşağı olması ilə bağlı hazırda dünya bazarında təklifin azlığı tələbin ödənilməsində müəyyən çətinliklər yaradır ki, bu da qiymət artımına gətirib çıxarır".

Vüqar Bayramov bütün hallarda Azərbaycanda hazırda ərzaq məhsullarının qiymətinin artırılması üçün hər hansı bir səbəbin olmadığını qeyd edib: "Birmənalı şəkildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar qiymət artımına getməməlidirlər. Çünki bunun üçün iqtisadi zəmin yoxdur. Artıq aprel ayıdır, mövsümün yeni məhsulları bazara çıxarılır. May ayından etibarən məhsulların qiymətində azalmalar müşahidə ediləcək. İyun, iyul və avqust aylarında kənd təsərrüfatı məhsullarının qiymətində kəskin ucuzlaşma olacaq. Bununla da mart ayında baş verən qiymət artımları növbəti aylarda qiymət azalmaları ilə əvəz olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə