"Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında əhəmiyyətli göstəricilərdən biridir". SİA-nın məlumatına görə, bunu Vergilər naziri Fazil Məmmədov aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
F.Məmmədovun sözlərinə görə, 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxili 131 faiz yerinə yetirilib: "Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilib. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil edibr. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosial təyinatlı xərclərin - əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılıb".
Vergilər naziri bildirib ki, 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və yaxud 2011-2012-ci illərin birinci rübündə üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən 413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilib: "Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturun tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kredit hesabına 181 milyon manat məbləğində vəsait xərclənib. Özəl sektorun inkişafının sürətləndirilməsi və həmçinin iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2013-cü ilin birinci rübü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606 sahibkara 81,3 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına da 2380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 26 faiz, verilmiş güzəştli kredit vəsaitinin həcmi 65,6 faiz, yeni yaradılacaq iş yerlərinin sayı isə 11 faiz artmışdır. Güzəştli kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB