Gömrük Komitəsi avtomobil idxalına məhdudiyyətlər qoymayıb

"2012-ci ildə ölkəyə 100 mindən artıq avtomobil idxal olunub. Hazırda daxili bazarda onların satışı həyata keçirilir. Bu il Azərbaycana idxal olunan avtomobillərin sayının azalması isə daxili bazarın dolğunluğu ilə əlaqədardır". SİA-nın xəbərinə görə, dövlət gömrük komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında belə deyib.

O bildirb ki, avtomobillərin idxalının azalması daxili bazardakı vəziyyətlə bağlıdır: "Gömrük Komitəsi tərəfindən avtomobil idxalına heç bir məhdudiyyət qoyulmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə