Rusiyanın nəhəng telekommunikasiya qrupu olan Rostelekom ASC-nin Direktorlar Şurası Sergey Kalugini şirkətin yeni prezidenti təyin edib. O, bu vəzifədə Aleksandr Provatorovu əvəz edəcək.
SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bundan əvvəl Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov bildirmişdi ki, S.Kaluginin namizədliyi hökumət və Prezident Administrasiyası tərəfindən təsdiq edilib.
Sergey Kalugin 2 noyabr 1966-cı ildə Moskvada anadan olub. O, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB