Mayın 21-də Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, artıq 3-cü dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB