"Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansında olan torpaq ərazilərində qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracaq". SİA-nın xəbərinə görə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev belə deyib.
O bildirb ki, hazırda bununla bağlı aparılan araşdırmalar yekunlaşmaq üzrədir: "Yaxın vaxtlarda araşdırmaların nəticələri ölkə hökumətinə təqdim olunacaq".
Rövnəq Abdullayev deyib ki, paytaxtın bəzi ərazilərindəki torpaq sahələrinin gələcək istifadəsi ilə bağlı qərarlar artıq bu il veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB