Yaponiya səfiri Lənkəranda FOTOLAR

Yapon hökumətinin qrantı hesabına Zövlə kəndində yeni həkim məntəqəsi tikiləcək
Yaponiya səfiri Lənkəranda FOTOLAR

Martın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin akt zalında Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində "Lənkəran rayonu Zövlə kəndində həkim məntəqəsinin tikintisi" layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, imzalanma mərasimindən əvvəl Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşıov hörmətli qonağı salamlayaraq son iki ildə Yaponiya hökümətinin Lənkəranda həyata keçirdiyi ikinci layihəsi olduğunu diqqətə çatdırıb.

Ötən il rayonun Xarxatan kəndində dəyəri 100.493 dollar olan içməli su təchizatının yaxşılaşdırılması layihəsi uğurla həyata keçirilib. Bu kimi layihələrin ardıcıl olaraq davam edəcəyinə ümid etdiyini bildirən icra başçısı Yaponiyanın Azərbaycandakı səfiri cənab Şusuke Vatanabeyə rayon sakinləri adından minnətdarlığını bildirib. Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Azərbaycanda səfirliyi dövründə artıq Lənkərana dördüncü dəfə səfər etdiyini, hər dəf inkişaf və tərəqqinin şahidi olduğunun qeyd edib. Cənab səfir Azərbaycanın təkcə maddi cəhətdən deyil , həm də ali keyfiyyətlərə malik insanları ilə də varlı olduğunu xüsusi vurğulayıb. Çıxışında indiyədək Lənkəranda 3 layihənin həyata keçirildiyinivə bu günkü layihənin sayca dördüncü olduğunu önə çəkib.

Bildirilib ki, bu layihə də daxil olmaqla Azərbaycanda imzalanmış qrant layihələrinin ümumi sayı 166-ya , dəyəri isə 13. 259,453 ABŞ dollara çatıb.

Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Şusuke Vatanabe və "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli tərəfindən ümumi məbləği 123,400 ABŞ dollar olan layihəyə dair müqavilə imzalanıb. Layihə çərçivəsində əsas məqsəd Zövlə kəndində müasir tipli 7 otaqlı yeni həkim məntəqəsinin tikintisi və hər cür tələblərə cavab verən tibbi avadanlıqların quraşdırılması ilə Zövlə və qonşu kəndlərin əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.

Layihənin həyata keçirilməsindən 5800 nəfər faydalanacaqdır.

Mərasimin sonunda cənab səfir Şusuke Vatanabeyə Lənkəran ŞİH başçısı tərəfindən Lənkəranın qədim tarixi abidələrindən olan "Xan sarayı"nın əks olunduğu tablo hədiyyə olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə