“Azərpoçt” MMC bank sektorunda 5% paya sahib olmaq niyyətindədir
"Azərpoçt" MMC Azərbaycanın bank sektorunda 5% paya sahib olmaq niyyətindədir. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir və bu sahədə rəqabət güclüdür: ""Azərpoçt" hal- hazırda "YapıKredi Bank Azerbaijan" və "Unibank"la bu sahədə əməkdaşlıq edir. Yaxın gələcəkdə daha 10 bankomat və 50 POS-terminal quraşdıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB