Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov 23 fevral - 03 mart tarixlərində keçiriləcək 50-ci beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransa Respublikasının Paris şəhərinə səfərə gedib. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir İsmət Abasov Fransanın Aşağı Normandiya əyalətinə səfər edəcək, məşhur Kamambert pendirlərinin istehsalı müəssisəsi ilə tanış olacaq, Heyvanların Sağlamlığı üzrə Beynəlxalq Təşkilatın (OİE) Baş Katibi cənab Bernard Vallatla, Avropa Bitki Mühafizəsi Təşkilatının (EPPO) Baş Katibi cənab Ringolds Arnitislə, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) Baş direktoru cənab Federico Castellucilə görüşəcək.
Həmçinin nazir Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Xocalı faciəsinə həsr olunmuş tədbirdə və Heydər Əliyev Fondunun Fransa regionlarındakı "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" adlı layihə çərçivəsində Şabli şəhərində təşkil ediləcək sərginin inauqurasiyasında və digər tədbirlərdə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB