Fevralın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,45 dollar və ya 1,5% azalaraq 1 barelə görə 95,86 dollar təşkil edib. SİA-nın məlumatına görə, fevralın 15-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,34 dollar və ya 0,3% azalaraq 117,66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə