2012-ci ildə orta illik inflyasiya 1,1% olub

2012-ci ildə orta illik inflyasiya 1,1% olub

Mərkəzi Bank makroiqtisadi sabitliyə yönəlmiş pul siyasətini davam etdirir. Bankdan SİA-ya verilən məlumata görə, 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli azalaraq 1,1% təşkil edib, manatın məzənnəsi sabit qalıb.

Sabit məzənnə və inflyasiyanın xarici ticarətdə tərəfdaş ölkələrdəki inflyasiyadan aşağı olması manatın real effektiv məzənnəsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsirini təmin edib.

İnflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 11 fevral 2013-cü il tarixindən etibarən uçot dərəcəsinin 5%-dən 4.75%-ə endirilməsi barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə