"Azərbaycan Polşa ilə enerji sahəsində mövcud əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Polşaya səfər edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Avropanın böyük dövlətlərindən olan Polşa Azərbaycan üçün çox əhəmiyyətli bir ölkədir: "Polşa Avropa İttifaqına inteqrasiya yolunu artıq tam keçib. Avropanın bütün bazar elementləri Polşada mövcuddur. Polşa tam bazar iqtisadiyyatı prinsipləri ilə işləyən bir ölkədir. Bu baxımdan Polşanın təcrübəsi Azərbaycan üçün vacibdir. Bununla yanaşı Polşa ilə Azərbaycan arasında enerji sahəsində xüsusi əməkdaşlıq əlaqələri mövcuddur.
Nazir bildirdi ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün seminarların keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB